23.10.2024

Azərbaycanın müdafiə naziri Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızıstana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Veteran.az-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: