AVMVİB Dövlət Təhlükəsizlik Xidməti işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 105-ci ildönümüdür.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.
Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.
Qeyd edək ki, DTX-nin onlarla əməkdaşı Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub və bu torpaqlar uğrunda şəhidlər verib.
Hüquqi və demokratik dövlət quruculuğu prosesində Dövlət Təhlükəsizlik Xidmətinin rolu olduqca böyükdür. Həssas geopolitik regionda yerləşən ölkəmizin milli maraqlarının təmin edilməsində xüsusi xidmət orqanlarının yorulmaz fəaliyyətini hər zaman yüksək qiymətləndirməliyik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) peşə bayramı münasibəti ilə Dövlət Təhlükısizlik Xidməti əməkdaşlarını təbrik ediri, fəaliyyətlərində uğurlar arzulaylır!
AVMVİB Mətbuat xidməti