14.12.2024

Sertifikasiyaya cəlb olunacaq müəllimlərin sayı açıqlandı

“Ötən il ilk dəfə ibtidai sinif müəllimini sertifikasiyaya cəlb etdik. Bu il isə 33 min 315 müəllim sertifikasiyaya cəlb olunacaq”.

“Veteran.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hazırda dəyişikliklər Milli Məclisdə müzakirə edilir: “Onlardan 5290 nəfəri 60 yaşı tamam olan müəllimlərdir. Hazırda bu məsələ Milli Məclisdə müzakirə olunur. Əgər qərar qəbul olunsa, həmin müəllimlər könüllü əsasla sertifikatlaşdırmada iştirak edə bilər. Lakin iki mərhələdə uğur qazanmasa, həmin müəllimin işləmək hüququna xitam veriləcək.

İmtahandan sonra müəllimlərin 80-85 faizinin əməkhaqqısının artırılmasını gözləyirik”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: