08.09.2024

Təbrik: Rafiq Qaçayev — 63

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Qəbələ rayon şöbəsinin sədri Qaçayev Rafiq Zinhar oğlunun 63 yaşı tamam olur. O, 1961-ci ilın iyul ayının 26 -da Azərbaycan Respublikasının Qəbələ rayonun Vəndam kəndində zəhmətkeş ailədə dünyaya göz açmışdır.

Qaçayev Rafiq Zinhar oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə və Daxili İşlər orqanlarında xidmət keçmiş vətənpərvər oğullarımızdandır. Hazırda istefada olan polkovnik-leytenant Rafiq Qaçayev 42 ildən çoxdur ki, ömrünü Vətənə şərəflə xidmətdə keçirmişdir. Azərbaycanın Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayılı rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmiş və ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında ,  respublikada  əmin —  amanlığın  təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti və ictimai vəzifələrini  yerinə yetirərkən  fəriqləndiyinə görə    aşağıdakı medallarla təltif edilib:

1. «Azərbaycan Polisinin 90 illiyi  ( 1918 — 2008)» yubiley medalı;
2. ”Azərbaycan  Polisinin   95 illiyi  ( 1918 — 2013)» yubiley medalı;
3. «Polis Veteranı» medalı;
4. «Qüsursuz xidmətlərə görə» 3-cü dərəcəli medal — Daxili işlər orqanlarda 10 təqvim ili xidmətə görə;
5. «Qüsursuz xidmətlərə görə»  2-ci dərəcəli  medal-Daxili işlər orqanlarda 15 təqvim ili xidmətə görə;
6. «Qüsursuz xidmə görə»  1-ci dərəcəli  medal — Daxili işlər orqanlarda  20 təqvim ili xidmətə görə;
7. ”Böyük zəfər” medalı;
8. ”Azərbaycan Milli ordusunun yaranmasının 100 illiyi  (1918-2018)”  yubiley medalı;
9. ”Azərbaycan Respubilkasının müharibə veteranı» medalı;
10. ”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25 illiyi (1994- 2019)” yubiley medalı.

Bu gün də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sıralarında yorulmadan fəaliyyət göstərən Qaçayev Rafiq Zinhar oğlunu AVMVİB rəhbərliyi, onun iş və döyüş yoldaşları, dostları və yaxınları ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayırlar.

AVMVİB Mətbuat xidməti

image-141-768x882 image-142 image-143

image-144 image-145
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: