Beyləqan veteranları soyqırım abidəsini ziyarət etdi

31 mart Azərbaycanlıların Soyqırımı Günündə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev başda olmaqla müharibə veteranları, rayonun ictimai fəalları, Beyləqan RİH bir qrup əməkdaşı rayon mərkəzində yerləşən soyqırım abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Soyqırım qurbanlarını 1 dəqiqəlik sükutla yad edən ziyarətçilər qarşısında çıxış edən natiqlər erməni quldurlarının soydaşlarımıza qarşı həyata keçiridkləri məqsədli qırğını faciə kimi qiymətlndirmiş və əsrin ən dəhştli soyqırımı kimi tarixə keçdiyini vurğulayaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü olaraq qəbul edilmsini bu tarixi cinayətə hüquqi qiymət verilməsi müstəvisində önəmli addım kimi qiymətləndirmişlər.
Elçin Qədirov