Şərh: “Qatillərin kitablarını oxumayın” — VİDEO
Donbasda çoxlu ukraynalı öldürdüyü ilə qürrələnən məşhur rusiyalı yazıçı Zaxar Prilepin haqda
Jurnalist Alan Tsxurbayev Donbasda çoxlu ukraynalı öldürməsi ilə qürrələnən məşhur rusiyalı yazıçı Zaxar Prilepin haqda “Kavkazskiy uzel” internet portalında dərc olunub.
Tanınmış rusiyalı yazıçı və Moskva Teatrının bədii rəhbəri Zaxar Prilepin verdiyi müsahibələrin birində qürurla bəyan edib ki, Donbasda onun xidmət etdiyi alay ən çox ukraynalı qətlə yetirib.
Zaxar Prilepinin kitablarını kim oxuyur? Onun müsahibələrində danışdığı hər şey məndə ikrah doğurur. Buna görə də görünür ki, mən artıq heç vaxt onun kitablarını əlimə almayacam. Amma oxuyanlar, deyin, onu niyə sevirsiz?
Konkret bu müsahibəsində onun doğru və ya yalan dediyi qətiyyən önəmli deyil. Öldürdüyü insanların sayı ilə qürrələnən və buna görə heç bir cəza çəkməyəcəyini deyən bir insan normal cəmiyyətdə mənəvi cəhətdən hər hansı nüfuz sahibi ola bilməz.
Normal cəmiyyətdə belə insan məzəmmət və töhmətə məruz qalmalıdır.
Hollivudda harasmentə görə ulduzların karyeraları bitir. Burada isə ulduz olan qatildir. Siz onun şöhrətini dəstəkləyirsizsə, onun kitablarını alırsızsa, deməli, siz qətlləri dəstəkləyirsiz./JAMNEWS/