22.11.2024

Türk Ordusu Minbiç üzərinə yeridi

Türkiyə “Barış pınarı” əməliyyatı çərçivəsində ən kritik yerlərdən biri olan Menbiç əməliyyatına başlayıb.

Suriya Milli Ordusu əməliyyatla bağlı rəsmi açıqlama verməyib, amma ön cəbhədə mövqe tutan birliklərini Menbiçə daxil olmaq ərəfəsində olduğunu qeyd edib.

Hazırda artilleriya və havadan dəstəklənən əməliyyatın birinci hissəsi başlanıb.

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fəratın şərqini terrorçulardan təmizləmək məqsədi ilə təşkil edilən “Barış pınarı” hərəkatı 7-ci günündə davam edir.

Veteran.az xəbər verir ki, tuneldən silah-sursatları avtomobilə yükləyən YPG terrorçuları Pilotsuz Uçuş Aparatları ilə təsbit edilib və Hərbi Hava Qüvvələri tərəfindən göyə uçurdulub.

Türkiyə Milli Müdafiə Nazirliyi olayın görüntülərini sosial media hesablarından yayımlayıb.

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: