ERMƏNİLƏRİN FAŞİSTLƏRLƏ İŞ BİRLİYİ
(N°_ QQ090781)
Nasistlərlə ermənilər, əsas da daşnaklar arasındakı əməkdaşlığın ideoloji təmıli 1930-cu illərdə qoyulur. Almaniyanın o zamankı İşğal Edilmiş Şərq Bölgələri naziri Alfred Rozenberq 1926-1936-cu illərdə Şərqşünaslıq İnstitutunun rəhbəri olan Dr. Artaşes Abegyana ermənilərin antropolojisini və tarixini araşdırmaq üçün bir komitə qurmağı tapşırmışdı. ermənilər bu fürsəti əldən verməyərək dərhal təbliğata başlayaraq dünyaya bəyan edilər ki, onlar almanlarla eyni irqdən gəlirlər.
Komitənin 1934-cü ildədə qurulmasından beş ay sonra Rozenberq Hitlerə ermənilərin almanlarla eyni irqdən-ari irqdən gəldiyini göstərən bir hesabat təqdim etmişdi.
Rozenberq işğal ərazilərində ”Böyük Finlandiya”, “Baltikyanı”,” Ukrayna” və “Qafqaz” komissarlıqları qurmağı təklif edirdi. Qafqazda qalıcı, möhkəm bir mərkəzi hakimiyyət yaratmaq üçün gürcü, erməni, azərbaycanlı, çərkəz, abxaz, çeçen və başqa xalqların birliyinə nail olmaq istəyirdi. Burada vacib deyildi milli quruluşlar olsun, əsas o idi ki, burada almanların tətbiq etdiyi qaydaları həyata keçirən təmsilçi olacaqdı . Bütün bunlar Rozenberqin “Yaşıl qovluq” unda yer almışdı, amma Hitler bunları 1941-ci ildə müvəqqəti tədbir kimi tətbiq olunmasını istəmişdi, daha sonra almanların bu bölgələrlə bağlı başqa planları olacaqdı.
1941ci il İyulun 16-da Hitler öz ofisində konfrans keçirmiş, SSRİ-nin işğal ərazilərində dörd Komissarlıq yaratmaq üçün qərar qəbul etmişdi. Rozenberg, Böyük Baltika və ya Ostland, Ukrayna, Rusiya və Qafqaz Komissarlığı yaradılmış və orada çalışmaq üçün 144 zabit , xarici işlər nazirliyində çalışan 171 əməkdaş sövq edilmişdi. Yerli xalqlardan elə hərbi birliklər yaradılmalı idi ki, onlar syasi proseslərə təsir edə bilməsinlər. Qafqaz üzrə komissar jurnalist A. Şikedats təyin olundu. SS və polis fəaliyyəti isə oberfürür Qorzmana tapşırıldı.
Azərbaycan, Gürcüstan, Kuban, Terek və dağlıq rayonlarda beş haupt komisarlıqlar yaradılması nəzərdə tutulurdu. Plana əsasən, bütün xalqlar və qəbilələrə almanların qafqazlıları çarizmn və bolşevizm əzabından qurtqrdığı fikri təbliğ edilməli idi., Qafqazdakı xalqlara qeyri-məhdud azadlıq verilə bilərdi. Qafqaz təhsil sistemi , dərsliklər dəyişdiriləcəkdi, kollektiv təsərrüfatlar ləğv ediləcəkdi, dinə qarşı dözümlülük nümayiş ediləcəkdi , Rosenberqin qarşısında əsas vəzifə olaraq hərbi təşkilatları qurmaq qoyulmuşdu . Hər bir milli legionun qalıcı xüsusi əlamətləri və simvolları olacaqdı , ən az min nəfərdən ibarət hərbi birlik qurulacaqdı.
Qafqazla bağlı İngiltərə və Fransanın öz maraqları və məqsədləri var idi , Türkiyə və İranın da aydın maraqları var idi, almanlar onları nəzərə alaraq, xüsusən Türkiyənin Azərbaycanda eyni soydaşlarını özünə birləşdirmək planı gerçəkləşə bilərdi və bu Ermənistanın yox olması demək olardı. Erməni liderlər Hitlerin onlara güvəni olmasa da Rozenberqi inandırmağa çalışdılar ki, fürerin bütün planlarını yerinə yetirəcəklər.
Njde o zaman Türkiyəyə qarşı böyük bir ordu qurulmasını təklif etmişdi, amma almanlar erməni legionunun başqa proseslərə girməməsi üçün onlara nəzarəti gücləndirmişdi. Ermənilərin öz içindən almanlara casusluq edən şəxslər vardı.
Almaniya ilə SSRİ arasında müqavilədən sonra 1939-1940-cı illərdə İngiltərə və Fransa SSRi-yə qarşı müharibə planlaşdırırdılar, onlar Qara dənizə çıxıb Qafqaza yönələcəkdilər. Qafqaz Müsəlmanlarının da üsyanına bel bağlayırdılar. Amma vəziyyət dəyişdi. SSRİ Moskva, Qafqaz və Qroznının müdafiəsini gücləndirdi .
Bu arada faşist erməni gənclik təşkilatları da quruldu. Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı və onun tərkibində döyüşçü qruplar yaradıldı. Bu təşkilat ll Dünya Müharibəsi üçün dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırdı. Bu təşkilat ermənilərin «Hitlerjugend» i adlandırmaq olar. Bu təşkilat almanlara yaxın olan ikinci bir qeyri-alman təşkilatı olmamışdı. Birinci Dünya müharibəsi zamanı və ondan sonra Türkiyəyə qarşı döyüşən və müsəlman əhaliyə divan tutan general Drastamat Kanayan (Dro) da 15 dekabr 1942-ci ildə Erməni Milli Komitəsini qurdu. Komitənin məqsədi Avropadakı erməniləri Alman iqtidarı nəzdində təmsil etmək idi.
Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı olan «Tsexakron» üzvlərindən ibarət döyüşçü qruplar yaradıldı. «Tsexakron» II Dünya Müharibəsi üçün dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırdı. Bir çox tarixçi, bu təşkilatı ermənilərin «Hitlerjugend» i olaraq xarakterizə etməsi çox doğrudur. Bu işdə almanlara yaxın olan ikinci bir qeyri-alman təşkilatı olmamışdı. ⚠️Birinci Dünya müharibəsi zamanı və ondan sonra Türkiyəyə qarşı döyüşən və müsəlman əhaliyə divan tutan general Drastamat Kanayan (Dro) da 15 dekabr 1942-ci ildə Erməni Milli Komitəsini qurdu. Komitənin məqsədi Avropadakı erməniləri Alman iqtidarı nəzdində təmsil etmək idi.
«Tsexakron» II Dünya Müharibəsi dövründə dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırdı.
Almaniyada qurulan Erməni Milli Şurası II Dünya Müharibəsi zamanı ermənilərin SSRİ əleyhdarı və Alman tərəfdarı təbliğatının mərkəzi oldu. 1943-cü ilin aprelin sonunda erməni hərbi qrup, müstəqil status qazandı. 1944-cü ilin fevralında Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı da qurulmuşdu. Qrupun başında olan Dronun köməkçisi Kuro (Nikolay Tarxanyan), qərargah rəisi isə Tiqran Bağdasaryan idi. Kəşfiyyat və təxribat hərəkətlərindən məsuliyyəti Misak Torlakyan öz boynuna götürmüşdü.
AG-114 casus qrupu da keçmiş daşnak Ermənistanının (1918-1920) ordusunun mənsublarından ibarət idi.
Erməniləri Almaniya tərəfə keçməyə, Hitlerə xidmət etməyə çağırmaq məqsədi ilə Almaniyada qurulmuş «Hayastan» qəzeti və bütün redaksiya heyəti ermənilərdən ibarət olub. Maliyyələşdirmə Almaniya tərəfindən reallaşdırılıb, birbaşa III Reyxin Təbliğat və Təşviqat naziri Yozef Göbbelsin nəzarətində olub. Təqdim olunan şəkil qəzetin 126-cı sayıdır və üz qabığında Adolf Hitlerin şəkili əks olunub.
Daşnakların nasistlərə əhəmiyyətli xidmətlərəndən biri də Sovet arxa cəbhəsində və işğal bölgələrində təbliğat fəaliyyətləriydi. Bu qrupların birinin başında məşhur daşnak lideri Seton Celalyanın SS zabiti olan oğlu Nikolay Gevorkyan (Doktor Sikorskiy, Gevorkov) dururdu. İşğal bölgələrində erməni əhalinin arasına agentlərini yerləşdirərək kəşfiyyat fəaliyyəti göstərirdilər. Almanlara görə ermənilər millət olaraq kəşfiyyatçılığı yaxşı bacarırdı. Bütün Qafqazda almanlar onların verdiyi məlumatlardan yararlanırdilar. Yəhudilərin aşkar edilməsində və almanlara təhvil verilməsində ermənilərin çox xidməti olmuşdu. Əsirləri də testdən keçirərək yəhudi olduğunu belə təsbit etməkdə ermənilər nasistlərə yardım edirdilər. Özünü erməni olaraq təqdim edən və bununla ölümdən xilas olmaq istəyən yəhudi əsirə ermənicə kitab və ya İncili verərək gerçək milliyyətələrini öyrənir və yəhudi olduğunu bildirirdilər
Mənbə: #GizliFAYL . Qafqaz Qabil