Polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını təbrik edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını doğum günü və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:
“Hörmətli Sabir müəllim!
Sizi doğum gününüz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu şərəfli təltif Sizin ana dilimizin, milli kimliyimizin və vətənpərvərlik ideyalarının təbliğinə həsr etdiyiniz yaradıcılıq yoluna və dövlətçiliyimizə olan sonsuz sədaqətinizə verilən ən yüksək qiymətdir.
Veteranlarımız adından Sizə ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq”.