Azərbaycan XİN-dən Pakistana TƏBRİK
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistan İslam Respublikasını Milli Günü münasibətilə təbrik edib.
XİN-in twitter hesabında yerləşdirilən paylaşımda deyilir:
«Qardaş Pakistan İslam Respublikasına Milli Günü münasibətilə ürəkdən uğurlar və firavanlıq arzulayırıq, bu əlamətdar gün münasibətilə səmimi təbriklərimizi bildiririk».