01.07.2025

ABŞ kürd liderləri ilə birgə İranı pislədi

ABŞ İraqın baş naziri və Kürdüstan liderləri ilə birlikdə İranın Ərbili atəşə tutmasını pisləyir, tərəflər İranı məsuliyyətə cəlb etməyə çalışacaqlar.

Bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib.

Sallivan qeyd edib ki, ABŞ Ərbilə raket hücumunu pisləyir. Nəticədə Ərbildə yaşayış binası heç bir əsas olmadan atəşə tutulub.

ABŞ baş nazir Mustafa əl-Qazaimi və Kürdüstan liderləri, prezident Neçirvan Bərzani və baş nazir Məsur Bərzani ilə birlikdə İraqın və onun Kürdüstan bölgəsinin suverenliyinə edilən bu qəsdi pisləyir. İran cavabdehdir və İrandan gələn bu cür təhdidlərə qarşı mübarizədə Yaxın Şərqdəki tərəfdaşlarımızı dəstəkləyəcəyik”, — deyə Sullivan bildirib.

İraq hakimiyyəti İraq Kürdüstanının atəşə tutulması ilə bağlı İrandan izahat tələb edib və bununla bağlı onun Bağdaddakı səfirinə etiraz notası verib.

Mürtəza
Mənbə: Ölkə.Az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: