01.07.2025

Türkiyənin yeni PUA-SI dünyanı heyrətə saldı – VİDEO

Türkiyənin Bayraktar Akıncı hücum pilotsuz uçuş aparatının B modeli test uçuşları zamanı rekorda imza atıb.

Alp.az-ın məlumatına görə, Bayraktar Akıncı B hücum PUA-sı 40 170 fut yüksəkliyə qalxaraq Türkiyə tarixinin yüksəklik rekordunu qırıb.

Xatırladaq ki, sözügedən hücum PUA-sı ilk dəfə ötən həftə səmaya qalxıb. Bayraktar Akıncı B 2×750 at gücünə, yəni toplam 1500 at gücünə malikdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: