USQ Rusiyaya məxsus “İsgəndər-M” raket kompleksini məhv etdi

Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri «İsgəndər-M” ballistik operativ-taktiki raket kompleksinin diviziyasını məhv edib.
Unian xəbər verir ki, bu barədə cümə axşamı, martın 10-da günortadan sonra «Şimal” əməliyyat komandanlığından məlumat verilib.
«Çerniqov istiqamətində «Sever” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan «İsgəndər-M” diviziyasını məhv edib”, — məlumatda deyilir.
Bundan əvvəl Kiyev vilayətində 72-ci motoatıcı briqada ilə rus işğalçıları arasında gedən şiddətli döyüş videoya çəkilib. Elə səhər saatlarından Ukrayna hərbçilərinin əks-hücuma keçdiyi xəbərləri gəlməyə başlayıb. Gecə çətin keçib, səhər döyüşlər davam edib.