09.05.2025

MN: Sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

«Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir», — nazirlikdən əlavə ediblər.

Qeyd edək ki, sosial şəbəkələrdə işğal altında olan ərazilərdə döyüşlərin getməsi ilə bağlı xəbərlər yayılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: