05.05.2024

Tanınmış ukraynalı jurnalist döyüşlərdə HƏLAK OLDU

Ukraynalı hərbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında rus hərbçiləri ilə döyüşdə həlak olub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Ali Radasının söz azadlığı komitəsi məlumat yayıb. 

Bildirilir ki, Dudar genişmiqyaslı müharibənin elə ilk günündə Silahlı Qüvvələrin tərkibində Ukraynanı müdafiə etmək üçün hərbi komissarlığa gedib.

O, 2014-2015-ci illərdə ölkənin şərqində döyüşlərdə könüllü iştirak edib və 80-ci Hava Desant Hücum Briqadasında jurnalist kimi çalışıb. Daha sonra ehtiyatda olan hərbi qulluqçu kimi “Ekspress” qəzetində çalışıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: