AVMVİB sədri Azərbaycan xanımlarını təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını, şəhid anaları, həyat yoldaşları və bacılarını, döyüşçü xanımlarımızı təbrik edib.
AVMVİB sədri F. Rzaquliyev deyib: «Millətin formalaşması və onun vətənpərvər ruhda böyüməsi qadınlarmızın adıyla bağlıdır. Qadın müqəddəs şəhidlərimizin anası, bacısı və yaxud da xanımıdır. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan qadını bütün dünyaya öz cəsur və məğrurluğunu göstərdi. Bu məmləkət oğul və həyat yoldaşının tabutuna çiyin verən xanımların zərif çiyinləri üzərində dayanıb.
Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə qoruyub saxlamışdır. Tarix boyu Azərbaycan qadınları tarixdə parlaq səhifələr yazmışlar. Məhz bu anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bir Zəfər dastanını yaza bildik.
Ey şərəfli Azərbaycan qadını! Bayramınız mübarək! Tanrı Sizləri qorusun və çöhrənizdən təbəssümləriniz əskik olmasın!
AVMVİB Mətbuat Xidməti