01.07.2025

Ukraynada Rusiya ordusunun məşhur generalı öldürülüb

Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumatına görə, Rusiya ordusunun general-mayoru Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.

«Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, — məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. «Krımın qaytarılmasına görə» medalını alıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: