01.07.2025

Rusiyanın daha bir yanacaq daşıyan maşın kolonu məhv edildi

Rusiya qoşunlarının yanacaq daşıyan maşınlarının daha bir kolonu məhv edilərək ələ keçirildi. Bu barədə Novy.ua məlumat yayıb.

Məlumata görə, təchizat karvanı Çerniqov vilayətinin Priluki şəhəri yaxınlığında məhv edilib.

Kadrlardan göründüyü kimi, 3 yanacaq daşıyan maşın məhv edilib, daha 3-ü isə ələ keçirilib. Onlar Ukrayna ordusunun texniki təchizatı üçün istifadə olunacaq.

Mənbə: Virtualaz.org

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: