Rusiya ordusu müvəqqəti atəşkəs elan edib

Rusiya ordusu Ukraynanın 4 şəhərində müvəqqəti atəşkəs elan edib.
Bu barədə Ria novosti agentliyi məlumat yayıb. Bildirilir ki, atəşkəs Kiyev, Xarkov, Mariupol və Sumı şəhərlərini əhatə edir. Atəşkəs Moskva saatı ilə 10:00-da qüvvəyə minəcək. Atəşkəs müddətində insanların təxliyəsi nəzərdə tutulur.
Qeyd edək ki, telefon söhbəti zamanı Fransa prezindeti Emmanuel Makron rusiyalı həmkranı Vladimir Putindən humanitar atəşkəs elan edilməsini tələb etmişdi.