08.09.2024

Qazi adından növbəti fırıldaq: DİN hərəkətə keçdi

Özünü QHT rəhbəri adlandıran bir şəxs yanına iki nəfər də qazi salıb, nömrəsiz maşınla şirkətlərə gedir. Onlar şirkətləri məcbur edir ki, pul versinlər. Guya orduya dəstək üçün pul topladıqlarını bildirirlər.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, bu şəxslər şirkətləri gah hədələyir, gah da “fəxri fərman” verəcəkləri ilə şirnikləndirmək istəyirlər.

Yayılan məlumatla bağlı saytımıza açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bununla bağlı artıq araşdırmalara başlanılıb:

“Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: