03.12.2024

İrana HÜCUM: Sistem çökdü

İran hökumətinin məlumat bazasına kiber hücum təşkil edilib.

Kanal.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, hücumun hədəfində yanacağın bölüşdürülməsini həyata keçirən sistem olub.Nəticədə yanacaqdoldurma məntəqələrinin qarşısında uzun tıxaclar yaranıb. Məlumata görə, blok edilən sistemə daxil olmaq istəyənlər Ali dini lider Ayətullah Əli Xameneiyə xitab olaraq “yanacaq haradadır?” sualı ilə qarşılaşıblar. Problemin aradan qaldırılması üçün işlər görülür.

Qeyd edək ki, son vaxtlar İran ABŞ və İsraildən kiber hücumlara məruz qalır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: