Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan zabit və gizirləri təlimə çağırıb
Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan zabit və gizirlər üçün üç aylıq təlim elan edib.
Təlim-məşq toplanışı avqustun 25-dən noyabrın 25-dək davam edəcək.
Məlumata görə, toplanış iştirakçıları lazım gəldikdə döyüş növbətçiliyinə cəlb olunacaqlar. Üç ay müddətində təlim düşərgələrini təmin etmək üçün hərbi orqanlardan 110 ədəd nəqliyyat vasitəsi cəlb olunacaq.
Təlim düşərgəsinə qatıldığı müddət ərzində həmin şəxslər hərbi qulluqçu sayılacaq. İştirakdan boyun qaçıranlar cinayət məsuliyyətinə cəlb ediləcəklər.