27.07.2024

Paşinyan məzuniyyətini Soçidə keçirəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın məzuniyyət üçün üz tutduğu ölkə müzakirəyə səbəb olub.

Belə ki, Nikol, ailəsi  ilə birlikdə Rusiyanın Soçi şəhərinə istirahətə getməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, qəsbkar ölkənin «Johovurd» qəzeti bu barədə məlumatlı mənbələrə istinadla yazır. 

“Əldə etdiyimiz məlumata görə, hökumət başçısı avqustun 26-da ailəsi ilə birlikdə Soçiyə yola düşür. Niyə məhz Soçi? Görəsən, Paşinyan  bununla Rusiya hökumətinə olan xüsusi  münasibətini nümayiş etdirmək niyyətindədir və atdığı addım qarşılığında münasibətlərdə istiləşmə gözləyirmi?” –deyə erməni qəzeti sual edir.

Xatırladaq ki, Soçi şəhərində  hakim dairələrdə nüfuza malik çoxsaylı erməni diasporu mövcuddur.

Sultan Laçın

P.S. Paşinyan 1 il öncə ermənilərin Soçi «sevgisindən» İnsagramda paylaşım etmişdi və sonra da bu paylaşımı Rusiyanın qorxusundan silmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: