Əski türklərdə qadın
Qadını basqı altına alaraq dustaq duruma salan davranışlara, tarixin hər dönəmində və hər toplumda rast gəlinir. Ancaq Türk toplumunun keçmişdə qadına verdiyi önəm və göstərdiyi saygı, başqa toplumlardan fərqlidir.
Örnək olaraq bildirək ki, əski Türklərdə toplantılara qadın və kişilər birlikdə qatılırdılar. Toplumu maraqlandıran siyasi qərarlarda, Xaqan qədər Xatunun da nüfuzu və məsuliyyətləri vardı. Hər hansı bir buyruq yazıldığı zaman, buyruğun həyata keçirilməsi üçün Xaqanın imzası ilə bərabər xatunun da
imzası tələb olunurdu; Xatunun imzası olmasaydı o buyruğa boyun eyilməzdi. Şölənlərə, böyük toplantılara (kengeş), qurultaylara, dini törənlərə Xatun, mütləq Xaqanla birlikdə qatılar və bu toplantılarda hər hansı bir örtünmə qadağası olmazdı…
Xaqan-Xatun əlaqələrindəki bərabərlik, toplumun hamısı üçün keçərliydi.
Qadın örtünməz, hərəmdə qalmaz, erkəyin getdiyi hər yerə gedərdi. Kişilərlə bayramlara, şölənlərə və hətta içki olan toplantılara qatılır, onlarla birlikdə kımız, ya da şərab içə bilir, özü də şölən düzənləyib dəvətlər verə bilərdi.
Kişilər kimi ata minər, ox atar, öküz arabası sürərdilər.
Atalarımızın qadın-erkək ilişkisinə yönəlik anlayışı beləydi…
Anadolu Türklərində qadınlar, keçmişdəki qədər olmasa da, toplum olaraq yaşam içindəki önəmli yerlərini qorudu. Həmçinin nüfusun çok büyük çoxluğunu təşkil edən hissəsi birgə fəaliyyətdən və evdən kənar yaşamdan qopmadılar.
Anadoluda tanınmış bir qadın təşkilatı olan Kadınlar Örgütü (Bâcıyan-ı Rûm), qadınların Türk toplumu içindəki nüfuzunu göstərən nümunələrdən biridir.
Dulkadir Bəyliyinin, otuz min kişi və otuz min qadından təşkil olunan bir ordusu vardı…
Qadının evdə toplum yaşamından uzaq tutulmasını, bu şəkildə ilk dəfə Trabzonda görmüşdüm. Konya və Ərzurumu da görmüşdüm. Onlar da Trabzon kimiydi. Ancaq, bu şəhərləri gördüyüm zaman, bu mövzuları araşdıracaq yaşda deyildim. Böyüdüyüm İzmir isə, Trabzondan çox fərqliydi…
Qaynaq:
METİN AYDOĞAN,
«Ben ve Ülkem»