21.11.2024

Müharibə veteranları sərhəd insidentindən hiddətləniblər

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya olunmamış hissəsində yerləşən David Qareci monastır kompleksi ətrafında yerli sakinlər və Azərbaycan sərhədçiləri arasında növbəti insident baş verib.

Keşikçidağ-da bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu biraz əvvəl sosial şəbəkələrdə yayılıb.

Hadisəni diqqətlə izləyən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri olan müharibə veteranları əsgərin əlindən mülkü şəxsin silah almasını, anamızın örpəyi qədər müqəddəs olan sərhəddimizin gürcü millətindən olan qara-güruh tərəfindən pozulmasını və əsgər üçün müqəddəs olan silahın əldən verilməsini pisləyir, buna yol vermiş cavabdeh şəxslərin cəzalanmasını tələb edirik. Əgər öz hərbi mükəllifəyyətlərini bu qurum yerinə yetirə bilmirsə, o Alban məbədinin qorunmasını savaş qazilərinə tapşırın. Biz Ali Baş Komandanın əmrini layiqincə yerinə yetirməyə və sərhəddimizi pozmağa cəhd edən hər kim olursa, olsun cavab verməyə hazırıq.

Ümid edirik ki, bu biyabırçı insident ciddi surətdə araşdırılacaq və üzdə özünü dost göstərənlərə həddləri bildiriləcəkdir.

AVMVİB İdarə Heyəti,
AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: