AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri şəhid Əli Rzalının məzarını ziyarət edib
27 avqust 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Yardımlı rayonunun Bilmə kəndində olarkən şəhid Əli Rzalının məzarını ziyarət edib.
Qarabağ müharibəsi veteranı olan şöbə sədri yaxınları ilə birlikdə şəhidin məzarı önündə onun əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub.
Bildirilib ki, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini yaşatmaq və onların məzarlarını ziyarət etmək hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti