22.11.2024

Laçın sakini 30 ildən sonra dağıntılar arasından əl işini tapdı — FOTO

Laçın rayonu Güləbird kənd sakini Vüqar İmranov 30 ildən sonra öz doğma kəndinə gedib.

Publika.az xəbər verir ki, uzun sürən həsrətdən sonra doğma kəndinə qayıdan Vüqar dağıdılmış məqbərənin daşları arasından adını (ВУГАР) üzərinə həkk etdiyi öz əl işini tapıb.

Bildirilir ki, vaxtilə Sarı Aşığın Güləbirddəki məzarı üzərində onun abidəsini ucaldan mütəxəssis həmin vaxt orta məktəb şagirdi olan Vüqarın bu işə marağının olduğunu görüb. Ona məsləhət verib ki, daş üzərində Sarı Aşığın kiçik portretini işləsin. Bu əl işi də həmin məqbərəyə əlavə olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: