Davtyan Azərbaycanla sərhədə gəldi: döyüş hazırlığı… — Foto

Ermənistan Baş Qərargah rəisi Artak Davtyan ölkənin şimal-şərqindəki hərbi hissələrə baş çəkib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Davtyan bölmə komandirlərinə döyüş hazırlığının səviyyəsini və texnikanın istismarını artırmaq üçün təlimat verib.