19.03.2024

“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur”

Tofiq Abbasov: “Məqsədləri Azərbaycanda xof yaratmaqdır”

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş baş qərargah rəisi mümkün Qarabağ savaşının Azərbaycan üçün daha böyük risk və itki vəd etdiyi ilə bağlı açıqlama verib. Açıqlamasında Ermənistanın fabrik və zavodlardan, qaz kəmərləri və dəmir yollarından məhrum olduğunu bildirən düşmən generalı, bombalanmalı heç nəyə malik olmadıqlarını, bu cür stratei obyektlərin yalnız Azərbaycanda olduğunu bildirib.

Moderator.az-a açıqlamasında düşmən generalının məlum bəyanatını şərh edən politoloq Tofiq Abbasov, bunu Ermənistanın qeyri-effektiv psixoloji savaşının tərkib hissəsi kimi xarakterizə edib:

“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur. Ermənistan ona görə bu cür bəyanatlar səsləndirir ki, Azərbaycanda xof yaratmağa çalışır. Düşmən psixoloji elementlərdən istiafdə edərək Azərbaycanı lərzəyə gətirməyə cəhd edir. Lakin bu cür bəyanatlarla Ermənistan faktiki öz cılızlığını nümayiş etdirir.

Ermənistanın bu kimi bəyanatlarla nəyəsə nail olması mümkün deyil. Çünki Azərbaycanın həm iqtisadi, həm də hərbi gücü hər kəsə məlumdur. Beynəlxalq reytinq cədvəllərində də bununla bağlı konkret statistikalar mövcuddur. Odur ki, yaxşı olar ki, Ermənistan lüzumsuz bəyanatlar səsləndirməkdənsə, öz acınacaqlı aqibəti haqqında düşüşünsün”./Moderator.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: