20.09.2026

20 Sentyabr – Dövlət Suverenliyi Günü

Eşq elminin və sadiqlik məqamının ən uca zirvəsində Vətən sevgisi ilahi bir nur, ruhun əbədi təqdisidir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin sədri, könlünü bu müqəddəs amilə bağlamış Seyyid Mübariz Eldar oğlu 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə əziz Azərbaycan xalqını, müqəddəs şəhid ailələrini, qəhrəman qaziləri, vəfalı müharibə veteranlarını və rəşadətli hərbçilərimizi ürəkdən təbrik edir, hər birinə hüzur və səadət arzulayır.


Dövlət Suverenliyi Günü — tariximizin şərəf səhifələrində nurani bir həkk, əsrlərin həsrətinə son qoyan qürur abidəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində zühur edən tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici, fəlsəfi bir dönüş oldu. 2023-cü il sentyabrın 19–20-də gerçəkləşdirilən lokal antiterror tədbirlərinin hikmətli yekununda isə Azərbaycan öz əzəli dövlət suverenliyini bütün sərhədləri boyu tam bərqərar etdi. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla sentyabrın 20-si Dövlət Suverenliyi Günü təsis edildi ki, bu da milli birliyimizin əbədi möhürünə çevrildi.
Bu uca nailiyyətin və ilahi zəfərin təməlində xalqımızın haqq birliyi, Ordumuzun mərdliyi, şəhidlərimizin canı və qanı, qazilərimizin, veteranlarımızın və bütün döyüş iştirakçılarının fədakar ruhu dayanır:
Həqiqət şükürlər olsun ki, bu gün üçrəngli Müqəddəs Bayrağımız Azərbaycanın bütün suveren torpaqlarında əzəmətlə dalğalanır. Bu füsunkar mənzərə — canından keçən şəhidlərimizin bizə əmanət qoyduğu ən uca səcdəgahdır. Onların əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə, veteranlarımıza və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk.
Biz AVMVİB-nin Neftçala rayon şöbəsi olaraq bu fəlsəfi və əzəmətli bayramda xalqımızı təbrik edir, yurdumuza daim sülh, əmin-amanlıq və ilahi bərəkət diləyirik:
Seyyida, bu torpaq bir eşq dastanı,
Uğrunda fəda olar hər can, hər qanı!
****
Dalğalansın göylərdə şanlı nışanı,
Suverenlik nuru – ruhunmuzin bir canı!
Dövlət Suverenliyi Günümüz mübarək olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Hörmətlə və dərin ehtiramla/


Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: