19.03.2024

AVMVİB Xocavənd və Füzuli rayon veteranları hərbi hissədə olublar

Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin yüksəldilməsi məqsədilə «N» saylı hərbi hissədə hərbi qulluqçuların valideynləri və yaxınları, ictimaiyyət nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

Novruz bayramı ərəfəsində də Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

AVMVİB Xocavənd rayon şöbəsinin sədr müavini Məmməd Məmmədovun verdiyi məmulata görə, bölgə veteranları AVMVİB Xocavənd şöbəsinin sədri Akif Həsənovun və AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilovun rəhbərliyi ilə «N» saylı hərbi hissədə olublar. Həmçinin Xocavənd rayon İcra Hakimiyyətinin rəhbərliyi də əsgərlərimizin görüşünə gəlmişdilər.

Əsgərlərlə birgə bayram şənliyində iştirak edən müharibə veteranları görüşdən məmnun qalıblar. AVMVİB Xocavənd şöbəsinin sədri Akif Həsənov saytımıza verdiyi açıqlamada bildirdi ki, belə görüşlər gənc əsgərlərimizin döyüş ruhunu yüksəlməsinə xidmət edir. Ona görə də şöbə veteranları daim əsgərlərimizlə birgə olmağa çalışır.

Müəllif: Azər BAYRAM

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: