26.04.2024

Bakıda karantin zamanı necə yaşayırlar və nələrdən qorxurlar? Foto və hekayələr- JAMnews

Martın sonuna olan rəsmi məlumata əsasən, Azərbaycanda üç yüz nəfərdən çox insan Covid-19 virusuna yoluxub, beş nəfər ölüb, iyirmi altı nəfər artıq sağalıb.

Hakimiyyət ölkəni karantinə “otuzdurmaq” üçün qəti tədbirlər görür. Amma belə görünür ki, Bakıda çoxları koronavirusdan daha çox karantin və onun fəsadlarından qorxur.


Murad 16 yaşını sinif yoldaşları ilə qeyd etməyi planlaşdırırdı: karaoke-kafedə oturmaq, şəhərdə gəzintiyə çıxmaq arzusunda idi.

Amma nəticədə onu onlayn təbrik etdilər, əyləncə qismində isə tək seçimi itlə oynamaq oldu.

Ailəsi ilə birlikdə Novruz bayramına görə rayona gedib və bu zaman yollar bağlanıb: region sakinləri və rayonlarda qeydiyyatdan keçən avtomobillər Bakı və bütünlüklə Abşeron yarımadasına buraxılmır. “Xüsusi” (məsələn təcili yardım) maşınlar və ərzaq daşıyan yük maşınları istisna olmaqla.

“Hər şey cəhənnəm, burda internet zəifdir”, – Murad şikayətlənir.


This image has an empty alt attribute; its file name is Empty-Baku-2.jpg

Azərbaycanın qonşu ölkələrlə bütün quru sərhədləri bağlıdır, aviareyslər dayandırılıb. Bütün xəbərdarlıqlara rəğmən martın əvvəlində səfərə çıxan və başqa ölkədə ilişib qalan azərbaycanlılar üçün prezidentin xüsusi sərəncamı var – bütün nəticələr onların öz məsuliyyətinə daxildir.

This image has an empty alt attribute; its file name is Empty-Baku-3.jpg

Metro səhər və axşam iki saatlıq iş rejiminə keçib, bu da ajiotaj və vaqonlarda basabasa səbəb olub. Martın 31-də metro tamam bağlanıb və basabas avtobuslara keçib. Bütün xidmət sahəsinə aid müəssisələr bağlanıb: kafelər, gözəllik salonları, ticarət mərkəzləri fəaliyyətini dayandırıb.

This image has an empty alt attribute; its file name is Empty-Baku-4.jpg

“İstəyirəm ki, yenə də basabas metroda gedib-gəldiyimiz, vaqona yalnız ikinci cəhddən minə bildiyimiz, ticarət mərkəzlərinə gəlib, kafelər olan hissədə bircə dənə də boş yer tapmadığımız, əlimizdə kofe ilə ora-bura var-gəl edərək insanları izlədiyimiz, ayağa qalxmaq üzrə olanları gözümüzə kəsdirib, onlar durar-durmaz yerlərinə “hücum etdiyimiz” günlər gəlsin”, – Facebook-da bakılılardan biri yazıb.

This image has an empty alt attribute; its file name is Empty-Baku-5.jpg

Məktəblilərə televiziya vasitəsilə dərs keçirlər – müəllimlər nazirliyin hazırladığı telestudiyadan fənləri tədris edirlər, bir neçə kanal isə bu dərsləri yayımlayır. Universitetlər onlayn tədrisə başlamağı vəd edir, amma hələlik proses düz-əməlli yoluna qoyulmayıb.

This image has an empty alt attribute; its file name is Empty-Baku-6.jpg

Restoranlar evə çatdırılma rejimində işləyir, amma onların bu xidmətinə tələbat çox deyil.

This image has an empty alt attribute; its file name is Empty-Baku-7-1024x683.jpg

#evdəqal kampaniyası baş alıb gedir. Dövlət strukturlarının çəkdiyi, karantini təbliğ edən video-çarxlardan başqa “xalq folkloru” – həvəskar videolar da yayılmaqdadır. 

This image has an empty alt attribute; its file name is Empty-Baku-8.jpg

Yazda və yayın əvvəlində keçirilməsi nəzərdə tutulan bütün böyük tədbirlər təxirə salınıb. O cümlədən də futbol üzrə Avropa Çempionatının Azərbaycanda baş tutmalı olan oyunları və Formula-1 yarışmasının Bakı mərhələsi.

This image has an empty alt attribute; its file name is Empty-Baku-9.jpg

Neft dünya bazarında dəyərdən düşür. Belləliklə Azərbaycanda – neft istehsalçısı olan ölkədə yerli sakinlər bunun növbəti devalvasiyaya gətirib çıxara biləcəyi ilə bağlı narahatdırlar.

Bundan əvvəlki son iki devalvasiya 2015-ci ildə baş verib, o zaman manat dollara nisbətdə iki dəfəyə yaxın ucuzlaşmışdı. Hələlik manatın məzənnəsi olduğu kimi qalır, amma çoxları hər ehtimala qarşı dollar almağa üstünlük verir.

This image has an empty alt attribute; its file name is Empty-Baku-10.jpg

Bankda yaranan növbələr bakılıların narazılığını doğuran səbəblərdən biridir. Sosial şəbəkə istifadəçilərindən birinin şərhi: “Niyə antivirus rejimi belə izdihamların yaranmasına səbəb olur? Dünən banka getdim – heç kim maskada deyildi, hamı bir-birinin ənsəsinə nəfəs alırdı”.

This image has an empty alt attribute; its file name is Empty-Baku-11.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: