Erməni-fars qardaşlığına koronavirus nöqtə qoydu

Ermənistanın Tehrandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Veteran.az-ın məlumatına görə, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, 23 fevraldan etibarən Ermənistanın Tehrandakı səfirliyi və konsulluq idarəsi fəaliyyət göstərməyəcək və qəbul olmayacaq.

İran mediaları Ermənistan səfirliyinin fəaliyyətini dayandırması səbəbini açıqlamayıblar.

Lkin buna baxmayaraq, bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrinə içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında koronavirus yayılması barədə erməni mətbuatı xəbər yayınlayıb.

Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib. Xəstəliyin əlamətləri orduda koronavirusun yayılmasını təsdiq etməkdədir.

Digər bir tərəfdən isə, İranla sərhədləri bağlamaqla Ermənistan özünü tam blokadaya salıb. Çünki Rusiyaya gedən yollar qar yağıntısı səbəbindən bağlıdır. Tək Gürcüstanla əlaqələri hesabına blokadadan çıxmağa çalışacaq. Türkiyə və Azərbaycan sözdə deyil, əməldə blokadanı sərtləşdirməlidirlər. Bu Ermənistan üçün ölüm hökmü demək olar.

Ermənistan fars qardaşları ilə diplomatik əlaqələri də koronavirus səbəbindən bağladı. Necə deyərlər, batan gəmini ilk öncə siçovullar tərk edərlər. Fars-erməni qardaşlığı xəyanətlər üzərində qurulmuş məkrli bir siğə olduğu hər kəsə aydın olsun.

N. Məmmdli

İran-Ermənistan: “Kağız üzərində” əməkdaşlıq
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share