18.04.2024

Londonda Xocalı cinayətinə qarşı aksiyaya Cənub Azərbaycanlılar da qatıldı — FOTOLAR

Bu gün Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonun Trafalqar Meydanından Parlament binasına qədər Xocalı faciəsində əli olan erməni cinayətkarlarına qarşı yürüş keçiriblər.

Eurasia Diary xəbər verir ki, Yürüşdə azərbaycanlılarla bərabər cənubdan olan həmvətənlərimiz və bir qrup britaniyalı ziyalı təbəqə də iştirak edib. 

Yürüş zamanı «Xocalıya Ədalət», «Soyqırım yol verilməzdir amma ermənilər bunu etdi», «Sarkisyan uşağ qatilidir», «Qarabağ Azərbaycanındır» kimi şüarlarla qışqıran yüzlərlə iştirakçı, Britaniya Parlamenti qarşısında 1992-ci ilin fevral ayında Xocalıda erməni cinayətkarları tərəfindən törədilən soyqırımın, eləcə də bu cinayıtlərdə əli olan hakim dairələrin tezliklə ittiham olunaraq cəzalandırılmasını tələb ediblər.  

Üç saatdan çox davam edən yrüş zamanı Azərbaycanla yanaşı, Rusiya və Avropanın bir çox media nümayəndələri də yaxından iştirak edib. 

1

1
1
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: