18.07.2026

Şəhid Aydın Qurbanovun anım günü qeyd olunub

Şəhid Qurbanov Aydın Əsədulla oğlunun anım günü münasibətilə onun məzarı ziyarət edilib.

Anım mərasimində Maştağa Bələdiyyəsinin sədr müavinləri Ağanəcəf müəllim və Məşədi Zakir, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa özəyinin sədri Mustafa müəllim, şəhidin ailə üzvləri, eləcə də kəndin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad edərək ruhuna dualar oxuyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

AVMVİB-in Mətbuat xidməti

98765

Whats-App-Image-2026-07-18-at-18-16-28

Whats-App-Image-2026-07-18-at-18-16-28-(1)

Whats-App-Image-2026-07-18-at-18-16-29-(1)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: