Şəhid Elçin Mustafayevin məzarı ziyarət olunub
Şəhid Elçin Mustafayevin əziz xatirəsinin yad edilməsi məqsədilə onun məzarı ziyarət olunub.
Ziyarətdə Maştağa Bələdiyyəsinin sədr müavinləri qəsəbənin ağsaqqaları Məşədi Zakir müəllim, həmçinin Ağanəcəf müəllim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa özəyinin sədri Mustafa müəllim, şəhidin ailə üzvləri, eləcə də kəndin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad edərək ruhuna dualar oxuyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
AVMVİB-in Mətbuat xidməti

.jpg)
.jpg)
.jpg)