İmişlidə seçki əvəzinə, dövləti cinayət törədilib

Əldə etdiyimiz kadrlar və foto faktlar bunu deməyə əsas verir. 79 saylı İmişli Seçki Dairəsindən namizədliyini vermiş müharibə veteranı Taleh Tapdıqova qarşı rayonda əsil diskriminasiya siyasəti yürüdülüb.

Bu gün əldə etdiyimiz məlumata görə, Fedai.az xəbər verir ki,
MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bu faktı təsdiqləyərək bildirib:

«Bundan başqa 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan seçki dairələrindən bizə ciddi iradlar daxil olub. Günü sabahdan çox ciddi addımlar atacağıq». 

Məsələ ilə bağlı Azərbaycabn Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri Xaqani Rzaquliyev də sərt danışdı: «Ölkə rəhbəri «Əhalinin etimad etdiyi şəxslər seçiləcək» -dediyi halda tam əks fəaliyyət göstərən qüvvələrin kimlərə xidmət göstərməsi araşdırılmalıdır.

Əlimizdə faktlar var ki, erməni əsilli şəxslər parlamentə soxuşdurulub. Necə olur ki, bu ölkə uğrunda öz canını ortaya qoymuş şəxslərin parlamentə düşmə you daim əngəllənir və hətta onlara qarşı ən kəskn mövqe ortaya qoyulur?»

Məsələ ilə bağlı AVMVİB sədrinin I müavini Kamil Şirinov da münasibət bildirərək ölkə başçısına müraciət etdi: «İmisliyə maskali xūsūsi təyinatlilar yerləsdirilib, mūharibə veteranı Taleh Tapdiqovun mūsahidəçilərinə mətəqələrin 70 faizinin protokollar təqdim edilmədiyindən Qazilər 79 sayli İmişli DSK- nın binasına gediblər ki, öz etrazlarını bildirsinlər. Onları dinləmək əvəzinə İmişlinin İcra Başçısının dəvəti və Razi Nurullayevi deputat etmək istəyən qūvvələrin göstərişi ilə rayona gətrilmiş polis dəstəsinin köməyliyi ilə qazilər vəhşicəsinə döydūrülūb.

Cənab Ali Baş Komandan, Sizin dediyiniz kimi seçki islahatına qoşulduq, lakin İmişlinin qeyri-rəsmi ağaları Sizin istədiynizin əksinə getdilər, Sizdən çox xahiş edirik ki, İmişli DSK-nın sədri və seçkilər haqqında qanunu pozan məntəqə sədirləri həbs edilsinlər. Onların döyūlməyinə əmr verən kəslər cəzalandırılsınlar.

İnaniram ki, baş verən acınacaqlı hadisəyə biganə qalmayacaqsınız».

Rayon veteranları İmişli DSK-nın törətdiyi dövləti cinayət barədə faktları toplayaraq MSK-ya təqdim etməyə hazırlaşırlar.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    2
    Shares