Qazaxstanda etnik zəminli qarşıdurma baş verdi — video

Qazaxıstanın cənubunda yerləşən Cambul vilayətində əhali arasında qarışıdurma və kütləvi dava nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hüquq mühafizə orqanları toqquşmanın etnik zəmində baş verdiyini istisna etməyiblər. Yaralananlar arasında polis əməkdaşları da olub.

Hadisə nəticəsində həmçinin 30 fərdi ev, 15 ticarət obyekti və 23 avtomobilə zərər dəyib, toqquşma iştirakçılarından 47-si saxlanılıb. İnsidentin səbəbləri dəqiqləşdirilir. Ölkə prezidenti Qasım Comərd Tokayev Baş Prokurorluğa istintaq işinin xüsusi nəzarətə götürülməsi barədə tapşırıq verib.


«Milli Təhlükəsizlik Komitəsi, Baş Prokurorluq lazımi istintaq tədbirləri həyata keçirməli və təxribat xarakterli şayiələr və yanlış məlumatlar yayaraq, etnik qarşıdurmaya çağıranlar məsuliyyətə cəlb olunmalıdır», — deyə o bildirib.


Dava tərəflərinin hansı millətlərə aid olması haqda məlumat verilmir.
Xatırladaq ki, Qazaxstanın Cambul vilayəti azərbaycanlıların çox sayda yaşadıqları bir məkandır və erməni-rus xüsusi xidmət orqanları bu iki qardaş xalq arasında qarşıdurma yaratmağı planlaşdırır. Vilayətdə 12729 nəfər azərbaycanlı yaşayır və əhalinin 1,13%-ni təşkil edirlər.


Olaylar barədə əlavə məlumatlar əldə etməyə çalışırıq.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    2
    Shares