26.04.2024

İstisi özgələrin, tüstüsü bizim olan Bakı nefti

Bakı neftinin ziyanı bizim, gəlirləri isə imperialistlərin olub. Azərbaycan adlı məmləkət bu qara çirkab hesabına didik-didik edilib. Paramparça olub. Özgələrə qüdrət,Ş bizlərə isə bədbəxtlik gətirməkdə davam edir, Bakı nefti…

Alman təbiətşünası Biperşteyn Fridrixin əsərləri təsdiq edir ki, ən qədim neft quyuları Abşeronun Balaxanı, Suraxanı, Bibiheybət, Binəqədi, Sabunçu, Ramana və Şubanı kəndlərində yerləşirdi. Quyuların əksəriyyəti Balaxanıda yerləşmişdi. Hazırda Abşeronda ilk neft mənbəyi dərinliyi 35 m olan, Balaxanıda Allahyar Məmmədəli Nur oğlunun 1594-cü ildə tikdiyi quyu sayılır. 1803-cü ildə isə Bakı sakini Hacı Qasımbəy Mənsurbəyov ilk dəfə olaraq Bibi-heybət buxtasının sahilindən 18 və 30 metr məsafədə yerləşmiş iki quyudan dənizin dibindən neft çıxarılmasına başlanmışdır. Burada Qara dəniz Qazax ordusu tərəfindən Kubana dəvət edilmiş, çarın fərmanı ilə 1833-cü ildə “Əməyə və quyuların açılması və inşasında göstərdikləri şücaətə görə” gümüş medalla təltif edilmiş bakılı Kərbəlayi Yusif Əmirbəy oğlu və Hacı Nəbi Səfi oğlunun adlarını qeyd etmək yerinə düşər. Balaxanıda 1823-cü ildə yerli sakinlər üzərində “Xələfi” quyusunun 200 il qabaq inşa edilməsi haqqında yazı olan daş tapdılar. Digər qədim quyular isə XVIII əsrdə inşa edilmiş “Çambu”, “Hacı Zurabi”, “Dostakov”, “Sapahi”, “Urusi”, “Qazı”, “Şah Səfi”, “Ağayi”, “Əli Bəyi”, “Xanəli”, “İrzaqulu” və başqaları Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından xeyli qabaq bərpa edilmişdilər.

Bakı neftindən barınmış Nobeli çoxları tanısa da, bəlkə də çox adam bəlkə də “Rotşild” soyadını eşitməyib. Bu ailənin adı nə Forbes jurnalının “İlin varlıları” bölməsində var, nə də dünya reaktiv-kübar cəmiyyətinin adları arasında. Beləliklə:

Nobel Qardaşları 

1875-cu ildə Nobel qardaşları Bakıda «Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel» – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. (1879 ilində İmparator II. Aleksandr tərəfindən “Branobel” telgraf ünvanlı “Nobel Qardaşlarının Neft  İstehsalı Hissədar Ortaqlığı ”  tesis edilmidir).  Qurucuları (təsisçiləri) Robert, Ludwig ve Alfred (1833-1896 illərində) Nobel ve baqaları olan firmanın əsas sərmayəsi fəaliyyətinin birinci ilində 3 milyon rubla çatdı. Firma neft yatağının müəyyən  edilməsindən son neft məhsullarının satışına qədər qardaşların idarəetməsində idi. 1900-ci  illində “Nobel Qardaşları” şirkətinin və Rotshildin “Xəzər-Qaradəniz Cəmiyyətinin” hissəsinə hasılatın %21-i və Bakıdan neft ixracatının %40-i uyğun  gəlirdi.Eyni ilın əvvəllərində 6 ən böyök neft emalı  fabriki kerosin ehtiyacının %44-I qarşılarkən, bunun %22-dən çoxu sadcə “Nobel qardaşları” firmasına aid idi. 

1914-1917-ci illərində “Nobel qardaşları” firması 30 milyon rubul. əsas  sərmayəyə, 13-dən çox fabrikə ( 6 neft  fabrikinə) sahib idi. 1916-ci ilində onun əsas neft  hasilatı isə 76 milyon pul neft  olmuşdur.  Beləcə, hazırda dünyanın ən möhtəbər mükafatı olan Nobel mükafatının mühüm qismini Bakı neftindən əldə edilmiş sərmayə ilə ödəyirdi. Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.

Rotşild Qardaşları 

Parisdə Bank ortaqları olan Rotşild qardaşları 19-cu yüzilliyin 70-ci illərinin sonundan etibarən Rusiya neft (petrol) mədənləriylə maraqlanırdılar. Yalnız 16 may 1883-cü ilində iflas etmiş Batumi Petrol Sənayesi ve Ticarət Cəmiyyəti nəzdində Bakıda  yeni firmanın – “Xəzər-Qaradəniz Petrol Sənayesi və Ticarət Cəmiyyəti” (“Xəzər-Qaradəniz Cəmiyyəti” adlanacqdır) təsis  edildi.  Firma təsis edildiği tarixden etibarən, 135 kiçik ve orta müəssisədən Rusiyaya ve xarici ölkələrə göndərmək üçün kerosin alaraq fəaliyətini sürətləndirdi . Üstəlik, Rotshildlər ağ neftin  satışıyla bağlı müqavilələri bəlli razılaşmalarla imtiyazlı şərtərə bağlayırdı, bu da aşağıdaki nəticələri yaradırdı: 1884-cü ilində firma tərəfindən Bakıdan xaricə daşınmış məhsulun miqdarı 2,4 milyon pud idi. 5 il sonra bu rəqəm orta hesabla 30 milyon puda çatmışdır. Rotşildlərin məhşurlaşması üçün Bakıdan Antverpenə kerosin daşıyan “Fergüsson” neft qatarı mühüm  rol oynamışdır. Daha sonralar kerosin Londonada tədarük edilirdi (“Fergüsson” gəmisi İsveçrədəki Motala şəhərində fabrikdə inşa edilmidi; əvvəllər bu fabrikdə Nobellərin “Zərdüşt” gəmisi inşa edilmişdi). Rotshildler Rusyada 6 milyon altın pula ve 25 milyon frank illik sermayeye sahip olmaqla fəal surəttə işə başladılar. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: