“Biz hür doğulduq, hür yaşadıq və hür yaşayacağıq”

Mehmet Akif demişdi:
“Ben ezelden beridir hür yaşadım, hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış?
Şaşarım! Kükremiş sel gibiyim; bendimi çiğner, aşarım;
Yırtarım dağları, enginlere sığmam, taşarım.”
Bu misralar bir xalqın ruh manifestidir, köləliyə qarşı üsyanının fəlsəfi və mənəvi təntənəsidir. Hürriyyət – sadəcə azadlıq deyil, imanın, şəxsiyyətin və milli qeyrətin adıdır. Azərbaycan xalqı da əsrlər boyu bu imanı yaşadıb, bu qeyrəti sinəsində daşıyıb. Lakin bu gün, Qarabağı işğaldan azad edən mübariz, mərd və müzəffər Azərbaycan Veteranlarına qarşı bəzi məmur təbəqələrinin, bəzi “qələm satqınlarının” və beşinci kalonun nümayəndələrinin qurduğu “Qara Piar kampaniyası” bir daha sübut edir ki, düşmən bəzən xaricdə deyil — öz içimizdə gizlənir. Ey siz – erməni xislətli, milli kökünü itirmiş satılmışlar! Ey siz – öz xalqına qarşı qələmi zəhər kimi istifadə edən, Vətən övladlarını qaralayan, “obyektivlik” maskası altında düşmənə xidmət edən sözün kirayə əsgərləri! Siz anlamırsınız ki, Azərbaycan əsgəri Mehmet Akifin misralarını sadəcə oxumur, o ruhla yaşayır. Biz – Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsgərləriyik. Biz nə “unitaz oğurlayan ermənilərik”, nə də “paraşa yiyən rus əsgərləri.” Biz Vətən torpağını qanla yoğurmuş əsgərlərik – şəhidlərimizin, qazilərimizin, analarımızın duaları ilə ucalmış millətik! Siz hələ də anlamadınız ki, bu xalqın damarında Cəbrayılın, Şuşanın, Füzulinin, Zəngilanın şəhid qanı axır. O qan müqəddəsdir – o qanı qaralayan öz ruhuna ləkə vurur. AVMVİB – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, 1994-cü ildən bu günə qədər minlərlə döyüşçünün, qazinin, şəhid ailəsinin mənəvi dayağı olub. Başda hörmətli sədr Füzuli Rzaquliyev olmaqla bu təşkilat devlətə sadiqliyin, vətənə məhəbbətin və bayrağa sədaqətin simvoludur. Veteran — sadəcə keçmiş döyüşçü deyil. Veteran xalqın yaddaşı, dövlətin sütunu, azadlığın qarantıdır. Bu gün kimlərsə media gücünü və ya məmur kreslosunu istifadə edib bu müqəddəs insanları gözdən salmağa çalışırsa — o, millətin vicdanına xəyanət edir. Unutmayın: — Siz kresloda oturarkən bu Veteran xəndəkdə idi. Siz süfrə arxasında çay içərkən o, şəhid yoldaşının qanını silirdi. Siz “reytinq” arxasınca qaçarkən o, bayrağı zirvəyə qaldırırdı. Bu müqayisə bəs edir ki, kimin kim olduğu bilinsin. Bizim Komandanımız – Bizim Qürurumuz Bizim bir Komandanımız var – Müzəffər Ali Baş Komandan İlham Əliyev! — Onun rəhbərliyi ilə Azərbaycan əsrin Zəfərini yazdı. O Zəfər – sadəcə torpaq uğrunda qələbə deyil, düşmənə və satqınlara verilmiş tarixi dərsdir. Biz Veteranlar bu dövlətin səngərində dayanmışıq. Biz bu torpağın sükutunda şəhidlərin səsi, dalğasında bayrağın nəfəsiyik. Biz hür yaşadıq və hür yaşayacağıq – çünki bu hürriyyət qanla, qeyrətlə və imanla yazılıb. Ey beşinci kalonun “qələmbaz”ları! — Siz “söz azadlığı” adı altında xalqın müqəddəs dəyərlərinə dil uzadırsınız. Lakin unutmayın: bu xalq Azərbaycan əsgərinin xalqıdır. Bu dövlət bayrağı üçün can verənlərin dövlətidir. Və siz bu dəyərlərlə oynadıqca öz sonunuzu yaxınlaşdırırsınız. Biz bir amalın əsgəriyik: — Vətən – Şəhid – Bayraq – Dövlət – Prezident! “Ben ezelden beridir hür yaşadım, hür yaşarım…” Və bu səs bu torpaqdan, bu ruhdan, bu xalqdan heç vaxt susmayacaq. Yaşasın Azərbaycan! Eşq olsun Müzəffər Ordumuza, Qazilərimizə, Veteranlarımıza! Yaşasın Ali Baş Komandan İlham Əliyev! Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri
Mübariz Eldar oğlu
“Veteran.az” qəzetinin Şirvan–Salyan regional yazarı