20.10.2025

Malatyada Turqut Özalın xatirəsinə həsr olunmuş 20-ci Beynəlxalq Güləş Festivalında iştirak

18 oktyabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyətinin Malatya şəhərində ölkənin görkəmli dövlət xadimi, mərhum 8-ci Prezidenti Turqut Özalın xatirəsinə həsr edilmiş XX Beynəlxalq Güləş Festivalı keçirilib. Ənənəvi olaraq hər il təşkil olunan bu mötəbər turnir həm Türkiyənin idman ictimaiyyəti, həm də qardaş ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu ilki festivalda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Təşkilatı da xüsusi qonaq qismində iştirak edib. Azərbaycanın güləş komandası festivalda böyük fəallıq göstərib və iki idmançımız birincilik qazanaraq bayrağımızı Malatyada dalğalandırıblar. Qardaş ölkədə əldə edilən bu uğur həm Azərbaycan idmanının, həm də iki ölkə arasında sarsılmaz dostluğun növbəti təzahürü kimi qiymətləndirilib.

Tədbirin təşkilatçıları festivalın keçirildiyi günün — 18 Oktyabr, Azərbaycanın Müstəqillik Gününün — rəmzi mənasına da xüsusi diqqət çəkiblər. Onlar Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik ediblər.

Festival iştirakçıları Turqut Özalın Türk dünyasının birliyi və qardaş xalqların yaxınlaşması uğrunda gördüyü işləri minnətdarlıqla xatırlayıblar. Mərhum dövlət xadiminin xatirəsinə hörmət əlaməti olaraq tədbir zamanı onun həyat və fəaliyyətinə dair fotolardan ibarət sərgi də nümayiş etdirilib.

AVMVİB Naxçıvan təşkilatının sədri Rövşən İsmayılxanlı bildirdi ki, bu cür beynəlxalq tədbirlər təkcə idman yarışları deyil, həm də Türk dünyasının həmrəyliyinin və qarşılıqlı hörmətinin parlaq göstəricisidir. Azərbaycan və Türkiyə idmançıları arasındakı bu dostluq münasibətləri gələcəkdə də yeni uğurlara yol açacaq.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-10-19-at-21-16-11-2

Whats-App-Image-2025-10-19-at-21-16-12

Whats-App-Image-2025-10-19-at-21-16-12-1

Whats-App-Image-2025-10-19-at-21-16-12-2

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: