19.03.2024

Sabunçunun İcra Başçısı Zabratda zibilxana və səkiləri də satib

2016-cı il iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdi ki, bəzi hallarda torpaqlar zəbt edilib: “Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”

Bu il isə İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qanunsuz tikililərlə bağlı deyib: “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir». 

Sabunçu İH-nin əməkdaşı 4 aya yaxındır həbs olunub. Bildirilir ki, Həbib (soyadını öyrənə bilmədik-red.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 20 min manat rüşvət alarkən saxlanıb. Onun evində bu günlərdə aparılan axtarış zamanı 280 min manat vəsaitin götürüldüyü də saytımıza verilən məlumatlar arasındadır.

Qeyd edək ki, Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli kimi tanınıb. O, Sabunçu rayonunun Kürdəxanı istiqamətində olan ərazisində qanunsuz torpaq satışına nəzarət edən şəxs olub. İcra Başçısının hər zona üzrə belə qoçu-makler dəstələri olması barədə yazmışdıq.

Əldə etdiyimiz məlumata görə Kürdəxannı Həbsxanasında yatan Həbiblə Sabunçu rayon İH Başçısının görüşmək cəhdi baş tutmayıb. Çünki Həbib adlı şəxs başçı Adil Vəliyevin qanuna zidd göstərişlərini yerinə yetirdiyinə görə həbs olunduğunu yaxşı bilir və bu tələdən qurtulmağa çalışır. A. Vəliyev illər öncə belə bir situasiyadan İcra Hakimiyyətində bir neçə əməkdaşı uzaqlaşdırmaqla öz himayədarlarının əliylə qurtula bilmişdi. Bu günədək rayonun digər ərazilərində başlanan bu araşdırmannın davam etdirilməməsi əhalinin, xüsusiylə də müharibə veteranları, əlillər və şəhid ailələrinin haqlı narazılığına səbəb olub. Xatırladaq ki, Kürdəxana sahəsində baş verən eyni qanuna zidd əməllər rayonun Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Bilgəh, Maştağa, Ləhiş və s. qəsəbələrində də davam etdirilib. Hətta bələdiyyə sənədi olan ərazilər əhalinin əlindən zorla alınaraq «Şakaya pul lazımdır!» deviziylə satılıb. Başçı A. Vəliyevin qanunsuz əməlləri haqında, istər iqtidaryönlü, istərsə də müxalifyönlü saytların yazdıqları şikayətləri oxumaq üçün aylarla vaxt lazımdır. Görəsən bunu Prezident Aparatında niyə görməzdən gəlirlər?

Müharibə veteranlarını öz ətrafında birləşdirən və 64 minlik veteranlar ordusunu təmsil edən AVMVİB sədrinin qanuni Bələdiyə sənədi olan 3 sotluq bağ yeri, məhz Adil Vəliyevin iştirakıyla dağıdılıb. Qanunsuz tikililəri sökdürən Adil Vəliyev, bu günədək satdığı 300 hektarlıq sahədə tikilən heç bir evin heç bir sənədi yoxdur. Fakt olaraq Ramanı südçülük və Maştağa südçülük sovxozları ərazisində ayrı-ayrı vətəndaşlara kənd təsərrüfatı məqsədiylə 99 illiyə icarəyə verilmiş torpaqlar da başçı və onun makler mafiyası tərəfindən zəbt edilərək fərdi yaşayış evləri tikilməsi üçün sənədləşdirilmədən satılmışdır. Hal-hazırda hüquqları pozulmuş bu vətəındaşların şikayətlərinə baxan yoxdur. 
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni, torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud, həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olma min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

SABUNÇUNUN İCRA BAŞÇISI ZABRATDA ZİBİLXANA VƏ SƏKİLƏRİ DƏ SATIB

Həmçinin, Məcəllənin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ildək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Adı çəkilən Məcəllənin 188.1-ci və ya 188.2-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar, yəni, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya bir ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar. Bununla yanaşı, Məcəllənin 314-1-ci maddəsinə təkilif olunan dəyişikliyə əsasən, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki şəxslərin və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə veruimləsi haqqında qanunsuz qərar qəbul etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 314-2-ci maddəyə təkilif olunan dəyişiklikdə isə göstərilir ki, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqda qərar qəbul etmə 3 ildək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulub.
Lakin bu qanuna məhəl qoymadan öz fəaliyyətini və biznesini bütün rayonda genişləndirən A. Vəliyev bir-neçə ay öncə bir nəfərin onu hədələməsi ilə bağlı polisə məlumat verdiyini və sonra bu şikayətdən vaz keçdiyi barədə məlumatlar da aldığımız məlumatlar içərisindədir. Yəni hökumət bu faktı da ciddi surətdə araşdırmalıdır.

SABUNÇUNUN İCRA BAŞÇISI ZABRATDA ZİBİLXANA VƏ SƏKİLƏRİ DƏ SATIB

Bütün deyilənlərə baxmayaraq Zabrat qəsəbəsində makler «təsərrüfatı» öz işindədir. Nazirlər Kabinetinin qərarıyla N. Nərimanov küçəsindəki boşalmış ərazilər qanunsuz şəkildə satışa çıxarılıb və sotu 10 min manatdan satılıb. Satış elə şıdrığı gedib ki, başçı bir vaxtlar mövcud olmuş 2 metrlik səkini də satıb. Təxmini ölçüyə görə 0,8 sot olan səki 8 min manat pul edir. Qanunsuz tikililərin hasarları düz asfaltdan başlayır. 

Başqa maraqlı fakt isə zibilxana yerininn dəfələrlə satılmasıdır. Adil Vəliyev Sabunçu rayonuna Başçı təyin edilməsiylə Zabrat qəsəbəsi, Nərimanov küçəsindəki zibil qutuları düz 5 dəfə yer dəyişməyə məruz qalıb. Çünki zibilxana yerləri də satılıb.

Başçının kommersiya sirləri və gizli failiyyətləri bunlarla bitmir. Daha maraqlısı isə bir küçədə ermənilərin «26 Bakı komissarı»na aid küçənin, daşnak-bolşevik quildurlarının 100 illiyi ərəfəsində təmir edilərək küçə adının trafareti də dəyişdirilmişdi (foto). Bu günlərdə isə Bakıxanov tolkuçkası ilə üzbəüz ərazidə ermənilərə məxsus şəbəkə «EUROMART» mağazasının açılışı gözlənilir. Yəni ermənilərə simpatiya və müharibə iştirakçılarına antipatiya bu rayon rəhbərliyinin dəsti-xəttinə çevrilib. 
Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq. 

Amma inanırıq ki, Dövlət Rəhbəri, onun imicinə xələl gətirən və onun göstərişlərini qulaq ardına vuran belə məmurları tezliklə yola salacaq…

Veteran.az Araşdırma Qrupu

Azər Bayramov,
Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: