İrəvanda dağıntılar altından 8-ci cəsəd çıxarıldı

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir meyit çıxarılıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib.

«Xilasedicilər yenicə dağıntılar altından daha bir meyit çıxardılar. Hazırda 8 meyit var. Axtarış və xilasetmə işləri davam edir», — o deyib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: