21.11.2024

Arutyunyan məhv edilən 72 erməniyə görə istintaqa çağırıldı

Keçmiş və qondarma “dqr”in “müdafiə naziri” olmuş Cəlal Arutyunyan 44 günlük müharibə dövründə Hadrutda 72 erməni hərbçisinin yoxa çıxması ilə bağlı Ermənistan İstintaq Komitəsinin hərbi istintaq idarəsində dindirlib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin oktyabrın 11-də Azərbaycan Ordusunun hücumlarının qarşısının alınması məqsədilə Cəlal Arutyunyanın əmri ilə 72 hərbçi Hadrut istiqamətinə göndərilir. Azərbaycan Ordusu isə həmin hərbçiləri mühasirəyə alaraq qısa müddətdə əksəriyyətini məhv edir, qalanları isə itkin düşür. Bu hadisə Ermənistanda ciddi ictimai rezonansa səbəb olur.

Təqsirləndirilən şəxs qismində iş üzrə general-mayor Karen Arustamyanın adı keçir.

Qeyd edək ki, 44 günlük müharibədə Cəlal Arutyunyanın olduğu avtomobil ordumuzun dəqiq zərbə ilə vurulmuş və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Arutyunyan yalnız müharibədən sonra komadan ayıldı.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: