Prezident: Şuşa insanı o qədər özünə cəlb edir ki… — Video
Şuşadan ayrılırıq, yenə də ayrılmaq istəmirik. Şuşa insanı o qədər özünə cəlb edir ki, bura gələn insan buradan getmək istəmir. Hava da bu gün günəşlidir. Şuşaya hələlik deyirik.
Axar.az xəbər verir ki, bunu Şuşa şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram səhifəsində paylaşıb.