Vahid Əhmədovdan azad edilən ərazilərlə bağlı təklif
İşğaldan azad edilən ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 milyard vəsait ayırlıb. Bəlkə də bu ərazilərimizin bərpası üçün 10 milyardlar lazım gələcək.
Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
Deputat hökumətə işğaldan azal edilən ərazilərdə sənaye parklarının yaradılmasını təklif edib.
Vahid Əhmədov eyni zamanda bildirib ki, Azərbaycan Hərbi Sənaye Nazirliyinin müəyyən hissələrini də işğaldan azad edilən ərazilərdə yerləşdirmək olar. O, buna səbəb kimi işğaldan azad olunan ərazilərdə çoxlu sayda hərbi texnikanın olmasını göstərib.