Zəfər günü münasibəti ilə Maştağa şəhidlərinin məzarı ziyarət olunub
8 noyabr 2026 — cı il tarixində Zəfər günü münasibəti ilə Maştağa şəhidlərinin xatirəsi əziz tutularaq məzarları ziyarət olunmuşdur. Ziyarətdə şəhid ailələri, AVMVİB-in Maştağa özəyinin üzvləri, qazilər, veteranlar, kənd sakinləri, kənd icra hakiminin birinci müavini Ramin müəllim və bələdiyyə sədr müavini Zakir müəllim iştirak etmişdirlər. Ramin və Zakir müəllim öz çıxışları zamanı şanlı ordumuzun qüdrətindən, ali baş komandanın siyasətindən, ordumuzun rəşadətindən böyük fəxr və qürur hissi ilə danışmışdırlar.

.jpg)
