08.11.2026

Birlik, sadiqlik və Şəhidlərin əmanəti Qazilərimiz!

Təqvimlərin qızıl hərflərlə yazdığı 8 Noyabr Zəfər Günü, sadəcə bir hərbi uğurun deyil, bir millətin dirçəlişinin, bütövlüyünün və sarsılmaz sadiqliyinin möhtəşəm təzahürüdür.

Seyyida, bu Vətən eşqi ilə doldu cahan,
Şəhidlərin qanıyla ucaldı bu asiman.
Qazilərdir bu yurdun sədaqət heykəli,
Zəfər səhərini açdı igidlərdən nişan.

Bu mübarək gün, Haqqın batil üzərindəki qətiyyətli qələbəsi kimi tarixin səhifələrinə həkk olunmuşdur. Zəfər Günü münasibətilə AVMVİB Neftçala rayon şöbəsinin üzvləri bir araya gələrək, bu ulu günün coşqusunu birlikdə paylaşıblar. Lakin onların bu birliyi sadəcə bayram təbriki ilə məhdudlaşmayıb. Zəfərin əsl memarlarını, bu torpağın canı və qanı hesabına əbədiyyətə qovuşmuş siladaşlarımızı və mərd igid şəhidlərimizi yad etmək, bu günün ən ali borcu hesab olunub.

Şəhid ailələrinə başsağlığı: — «Şəhadət» kəlməsi, sadəcə bir ölüm deyil, ilahi eşqin ən ali mərtəbəsidir. Şəhidlərimiz, Füzuli qələminin təsvir etdiyi ilahi eşqin daxili aləmini, vətən sevgisi ilə birləşdirərək, həqiqi «Məcnun»luğun nə olduğunu dünyaya göstərdilər. Onlar canlarını fəda edərək, Vətənini öz canından, mənliyindən üstün tutduqlarını, sadiqliyin və fədakarlığın sərhəd tanımadığını sübut etdilər. Bu mübarək gündə, Şəhidlərimizin əziz ailələrinə dərin başsağlığı diləyirik. Sizin övladlarınızın ruhu hər zaman aramızda, qəlbimizdə yaşayacaqdır. Onların əmanəti olan bu müqəddəs torpağı göz bəbəyi kimi qorumaq bizim ən ümdə borcumuzdur. Qazilərə can sağlığı: — Hər bir Qazi, tarixin şahidi, Zəfərin canlı heykəlidir. Onların yaraları, çəkdiyi acılar, vətənə olan sadiqliyin və qəhrəmanlığın nişanəsidir. Hər bir Qazi, Füzulinin təsvir etdiyi həsrət və sadiqlik kimi, vətən həsrətini canında daşıyaraq, döyüş meydanında mərdliklə vuruşmuş, canlarını fəda etməyə hazır olduqlarını göstərmişlər. Zəfər Günü münasibətilə, Qazilərimizə uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayırıq. Sizin hər biriniz, millətimizin qürur mənbəyi, gələcək nəsillər üçün nümunəsiniz.

Millətimizi təbrik: — Zəfər, sadəcə bir günün deyil, illərin mübarizəsinin, inamın və birliyin nəticəsidir. Bu bayram, sadəcə hərbi qələbə deyil, bir millətin bütövlüyünün, mənliyinin və qürurunun bərpasıdır. Millətimizi Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bu gün, hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaşadır. Zəfərimiz əbədi olsun! Zəfər, fəlsəfi baxımdan da dərin mənalar daşıyır. O, Haqqın hər zaman batil üzərində qələbə çalacağına dair inamı gücləndirir. Şəhidlərimizin fədakarlığı, sadiqliyin və vətən sevgisinin insana necə böyük güc verdiyini göstərir. Qazilərimizin mərdliyi, həyatın çətinliklərinə baxmayaraq, ruhun sarsılmazlığını sübut edir. Bu mübarək gündə, birlik və bərabərliyin önəmini bir daha dərk edirik. Şəhidlərimizin ruhu şad olsun, Qazilərimizə can sağlığı olsun! Millətimizin Zəfəri əbədi olsun! Hörmət və dərin ehtiramla,

✍️ Seyyid Mübariz Eldar oğlu

Whats-App-Image-2026-11-08-at-19-57-48

Whats-App-Image-2026-11-08-at-19-57-48-(1)

Whats-App-Image-2026-11-08-at-19-57-48-(2)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: