09.11.2026

Bir qrup qazi və veteranlarımıza bayram sovqatı təqdim olunub

Cülyan kəndindən olan şəhid kapitan, tabor komandiri Bağırov Çingizin oğlu, ehtiyatda olan kapitan, “Nur Telekom” mağazasının sahibi Bağırov Ceyhun Çingiz oğlu rayonumuzun bir qrup qaziləri və veteranları ilə görüşərək onları bayram münasibətilə təbrik edib, bayram sovqatları və müxtəlif hədiyyələrlə sevindirib. Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimlinin təşkilatçılığı ilə baş tutub. Ümumilikdə 21 nəfər qazi və veteran mükafatlandırılıb. Onlara qurban əti təqdim olunub. Həmçinin 1 nəfərə mobil telefon, 3 nəfərə isə 50 manat məbləğində pul mükafatı verilib. Bu xeyirxah təşəbbüs şəhidlərimizin əziz xatirəsinə, qazilərimizə və veteranlarımıza göstərilən diqqət və ehtiramın gözəl nümunəsidir. Qeyd edək ki, rayonumuzun digər imkanlı sahibkarlarının da bu cür xeyirxah təşəbbüslərə qoşulması, şəhid ailələrinə, qazilərimizə və veteranlarımıza dəstək göstərməsi təqdirəlayiq olardı. Vətən uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin! Qazilərimizə və veteranlarımıza sağlam, uzun ömür arzulayırıq!

AVMVİB Qarabağ Bölgə müxbiri Elçin Qədirov

Whats-App-Image-2026-11-08-at-23-27-22-(1)

Whats-App-Image-2026-11-08-at-23-27-22-(2)

Whats-App-Image-2026-11-08-at-23-27-23

Whats-App-Image-2026-11-08-at-23-27-23-(1)

Whats-App-Image-2026-11-08-at-23-27-24

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: