28.03.2024

AVMVİB Zəngilan rayon şöbəsi: Pirşağı Şəhidlər bulağı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin təşkilatçılığı ilə AVMVİB Zəngilan rayon şöbəsi sədrinin müavini Qarayev Ənvər Mikayıl oğlunun tikdirdiyi Şəhidlər bulağının açılış mərasimi keçirildi.

Tədbirdə AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri, müharibə veteranları və qazilər, şəhid ailələri, rayon polis şöbəsinin əməkdaşları və kənd sakinləri iştirak edirdilər.

Tədbirin aparıcılığı Məmmədli Nərgiz Gəray qızına həvalə olundu.

Tədbir Azərbaycan Dövlət Himni ilə başladı.

Söz AMVMİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevə verildi. Azad Musayev gələn qonaqları salamladıqdan sonra Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qardaşlarımızın ailə üzvlərinə baş sağlığı verdi. Tez bir zamanda torpaqlarımızın Ali Baş Komandanın əmri ilə geri alınacağını və onda şəhidlərin ruhunun şad olacağını söylədi.

Daha sonra söz Qarabağ qazisi Zülfü Həsənəliyevə verildi. Qazi öz çıxışında şəhidlərin qanının yerdə qalmayacağını, tezlikdə torpaqlarımızın işğaldan azad edilərək belə bulaqların öz doğma torpaqlarımızda tikiləcəyini söylədi.

Söz alan 7 şəhid polisdən biri olan I şəhid İsmayılın bacısı Lalə İsmayıla verildi. Lalə xanım şəhid bacısı olmasıynan fəxr etdiyini, ətrafındakı uzun illərdən sonra yenidən hərbi forma geyinib döyüşə hazır olan birinci Qarabağ qazi və veteranları ilə qürür duyduğunu və bu qazilərin iştirakı ilə şəhidlərin qanının alınacağına inandığını bildirdi.

Sonra AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev şəhid Qasımov Etibar Əsgər oğlunun atası Əsgər bəyi səhnəyə dəvət etdi. AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə «Müharibə Veteranı» medalı ilə təltif olunan şəhid Etibarın medalını şəhidin atası Əsgər bəyə təqdim etdi.

Əsgər bəy tədbir işğalçılarına təşəkkürünü bildirib, oğlunun Vətən uğrunda şəhid olmasıynan qürur duyduğunu söylədi.
Sonra söz keçmiş Tank Taborunun komandiri İstefada olan mayor Əli Bəy Azəriyə (Rzaquliyev) verildi. Əli bəy tədbirin təşkilatçılarına və Ənvər bəyə öz təşəkkürünü bildirib keçdikləri döyüş yolu barədə tədbir iştirakçılarını məlumatlandırdı. Azərbaycan Ordusunun Qüdrətini bütün dünyaya Aprel 2016-cı ildə görsətdiyini, ordumuzun günü gündən gücləndiyini söylədi və Forma geyinib tədbirə gələn qaziləri gördükdə ruh yuksəkliyi yarandığını söylədi. Sonra söz şəhid Abdinov Sərvərin qardaşı Abdinov Ənvərə verildi. Ənvər bəydə şəhidləri yaddan çıxartmadığı üçün veteran döyüşçülərə və Ənvər Qarayevə öz təşəkkürünü bildirdi.

Söz tədbirdə qonaq qismində iştirak edən QMƏVAŞİB Zəngilan rayon şöbəsinin sədr müavini Camal Həmidova verildi. Camal bəy də öz təşəkkürünü bildirdikdən sonra Qarayev Ənvəri və Quliyev Əlisafanı «Vətən Naminə» medalı ilə təltif etdi.

Söz Şəhid Həsənov İlhamın qardaşı Səfər Həsənova verildi. Səfər bəy Qardaşının keçdiyi döyüş yolundan, burda iştirak edən qazilərin çoxunun İlhamla çiyin- çiyinə döyüşdüyünü və elə bu veteran döyüşçülərin yanında şəhid olduğunu bildirdi və İlhamın şəhid olmasıynan qürür duyduğunu söylədi. Qardaşım İlham bir idi, indi mənim «min İlham qardaşım var»- söylədi.

Söz Qarabağ qazisi Səbuhi bəyə verildi. Səbuhi bəy belə tədbirlərin tez tez keçirib gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacibliyini vurğuladı.

Sonra AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə «Müharibə Veteranı» və «Milli ordu 100 il» Xatirə medalları ilə Əlsafa Quliyev və Xəyal Gülməmmədov, rayon şöbəsinin sədr müavinləri Zakif Abbasov və Ənvər Qarayev təqdim edildilər.

Tədbir iştirakçılarından, I qrup Qarabağ qazisi Elsad Əliyev, II qrup Qarabağ qazisi Əlisafa Quliyev, Xatirə Bulağının tikilməsində köməklik edən kənd sakinləri Fəxri Fərmanla təltif olundular.

Tədbirdə məktəbli Əkbər Həsənəliyev öz şerləri ilə və Rəşad Musalı gitarada Vətənpərvərlik mahnıları ilə qonaqları salamladılar.
Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Məkanları cənnət və namları uca olsun!

AVMVİB mətbuat xidməti

AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağı
AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağı
AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağı
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: